Cerrard təsdiqlədi - “Reyncers”lə danışıqlar aparır

Cerrard təsdiqlədi -  “Reyncers”lə danışıqlar aparır
XƏBƏR 2 May 2018 / 01:57 2482
-  A +

“Liverpul”un gənclər (U-19) komandasının baş məşqçisi Stiven Cerrard tezliklə iş yerini dəyişə bilər.

Qol.az-ın BBC-yə istinadən yaydığı xəbərə görə, veteran futbolçu hazırda “Qlazqo Reyncers”lə danışıqlar aparır. Məlumatı Cerrard özü də təsdiqləyib:

“Biz ilkin danışıqlar apardıq. 2 gün sonra yenidən bu mövzuya qayıdacağıq. Hazırda müəyyən qədər məşğulam. Cümə axşamı vəziyyətə baxacağıq”.

Qeyd edək ki, Şotlandiya təmsilçisi bu gün baş məşqçisi Qrem Martini istefaya göndərib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
07.09.26  12:30

Evdə 100-cü qol

topaz banner