“Real” “Tottenhem”in rekordunu təkrarladı

“Real” “Tottenhem”in rekordunu təkrarladı
XƏBƏR 2 May 2018 / 00:01 5389
-  A +

“Real”ın hücumçusu Kərim Benzema Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşündə “Bavariya”ya qarşı keçirilən matçın 11-ci dəqiqəsində fərqlənib.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, fransız forvardın fərqlənməsi nəticəsində “Real” avorkuboklarda keçirdiyi ardıcıl 42-ci görüşdə qol vurub.

Bununla da Madrid klubu “Tottenhem”in 1961-1984-cü illər aralığındakı rekordunu təkrarlayıb.

Maraqlıdır ki, London klubunun 23 ili əhatə edən rekordu məhz 1985-ci ilin martında “Real”a qarşı oyunda sona çatıb.

Son xəbərlər
topaz banner