"Bakcell Arena" təmirə bağlanır

"Bakcell Arena" təmirə bağlanır
XƏBƏR 1 May 2018 / 16:02 3528
-  A +

“Bakcell Arena” ot örtüyünün yenilənməsi prosesi ilə əlaqədar bu gündən etibarən təmirə bağlanacaq.

Qol.az-ın xəbərinə görə, bu barədə AFFA-nın rəsmi "Feysbuk" səhifəsi məlumat yayıb.

Hazırkı ot örtüyündə son oyun AFFA – “Aqro Sport” şirkətinin (arenanın ot örtüyünə xidmət göstərən qurum) və “Neftçi” PFK-nın əməkdaşlarından təşkil olunmuş komandalar arasında keçirilib. Qarşılaşma 4:4 hesabı ilə başa çatıb.

Qeyd edək ki, beynəlxalq ənənəyə əsasən, stadionun ot örtüyü yenilənməzdən əvvəl köhnə ot örtüyü üzərində son oyun həmin arenaya aidiyyatı olan qurumların əməkdaşları arasında keçirilir.

Daha çox


Qarabağ FK
Son xəbərlər
07.09.26  12:30

Evdə 100-cü qol

topaz banner