Kloppun köməkçisi "Arsenal"ın baş məşqçisi olur?

Kloppun köməkçisi "Arsenal"ın baş məşqçisi olur?
XƏBƏR 1 May 2018 / 14:04 2859
-  A +

Bir neçə gün öncə "Liverpul"dan ayrılan Yurgen Kloppun köməkçisi Jelko Buvaçla bağlı maraqlı iddia ortaya atılıb.

Qol.az-ın Bosniya və Herseqovina mətbuatına istinadən məlumatına görə, 56 yaşlı mütəxəssisin mövsümün sonunda "Arsenal"dan gedəcəyini açıqlayan Arsen Vengeri əvəzləyəcəyi xəbəri yayılıb. Kloppla 17 illik əməkdaşlığa son qoyan bosniyalı məşqçinin artıq London klubu ilə razılığa gəldiyi bildirilib.

Qeyd edək ki, "Liverpul" isə Kloppla arası dəyən Buvaçın komandadan ayrılmayacağını, sadəcə, şəxsi məsələlərə görə mövsümün sonuna qədər işləməyəcəyini bildirmişdi.

Xatırladaq ki, Y. Kloppun "Liverpul"un baş məşqçisi olacağı xəbərini də 2015-ci ilin oktyabr ayında ilk olaraq məhz Bosniyanın "Provdab1.com" saytı yazmışdı.

Son xəbərlər
topaz banner