"Real"da qalmaq istəyirəm" - Zidan

"Real"da qalmaq istəyirəm" - Zidan
XƏBƏR 30 Aprel 2018 / 18:09 3381
-  A +

"Real"ın baş məşqçisi Zinəddin Zidan komandadakı gələcəyindən danışıb.

Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, fransalı mütəxəssis "kral klubu"ndakı taleyinin Çempionlar Liqasındakı nəticədən asılı olmadığını bildirib:

"Real"da işimi davam etdirmək, bu komandada qalmaq istəyirəm. Klubdakı gələcəyim Çempionlar Liqasındakı nəticədən asılı olmayacaq. Hazırda mənim üçün vacib olan sabah "Bavariya"ya qarşı necə oynayacağımızdır. Yerdə qalan məsələləri isə əvvəlcədən bilə bilmərik".

Qeyd edək ki, "Real" Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində sabah doğma meydanda "Bavariya"nı qəbul edəcək. İspaniya təmsilçisi Münhendəki ilk görüşdə rəqibini 2:1 hesabı ilə məğlub etmişdi.

Son xəbərlər
topaz banner