Futbolçu stolu azarkeşlərin üstünə atdı - şəkillər

Futbolçu stolu azarkeşlərin üstünə atdı - şəkillər
XƏBƏR 30 Aprel 2018 / 17:26 2877
-  A +

Çili çempionatının "Audaks İtalyano" - "Deportes Antofaqasta" oyununda meydan sahiblərinin hücumçusu Sebastyan Abreu ilə yerli azarkeşlər arasında xoşagəlməz hadisə yaşanıb.

Qol.az-ın xarici mətbuata istinadən yaydığı xəbərə görə, 0:0 hesabı ilə başa çatan matçdan sonra 41 yaşlı futbolçu onu fitə basan fanatlara hücum çəkib. Uruqvaylı forvard meydanın kənarında olan stolu azarkeşlərin üzərinə atıb.

Qeyd edək ki, "Audaks İtalyano" klubu 11 turdan sonra cəmi 1 qələbə qazanıb və turnir cədvəlinin son pilləsində qərarlaşıb.







Son xəbərlər
topaz banner