“Çempionlar Liqası “Real”ın sevgilisi kimidir” – Emeri

“Çempionlar Liqası “Real”ın sevgilisi kimidir” – Emeri
XƏBƏR 30 Aprel 2018 / 17:06 4678
-  A +

PSJ-nin baş məşqçisi Unai Emeri Çempionlar Liqasını daim nazı çəkilməli olan qıza bənzədib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o deyib: “Çempionlar Liqasının nazına dözmək lazımdır. Burada uğurun açarı səbr və sabitlikdir. Qadın kimi, daim Çempionlar Liqasının qayğısına qalmalısan. Çempionlar Liqası indi “Real”ın sevgilisi kimidir. Onlar bu yarışda son 4 ildə 3 dəfə qalib olublar”.

Qeyd edək ki, Emerinin komandasını bu mövsüm ÇL-in 1/8 finalında məhz “Real” mübarizədən kənarlaşdırıb. Madridlilər hazırda finala yaxındılar. Onlar yarımfinalın ilk görüşündə səfərdə “Bavariya”ya 2:1 hesabı ilə qalib gəliblər. Bu komandaların cavab matçı mayın 1-də keçiriləcək.


Son xəbərlər
topaz banner