“Barselona” 105 milyona aldığı futbolçunu icarəyə verir

“Barselona” 105 milyona aldığı futbolçunu icarəyə verir
XƏBƏR 30 Aprel 2018 / 16:26 6632
-  A +

“Barselona” ötən yay “Borussiya”dan aldığı Usman Dembeleni icarəyə verməyə hazırlaşır.

Qol.az-ın xəbərinə görə, bu haqda İspaniyanın “Mundo Deportivo” nəşri məlumat yayıb. Qəzet iddia edib ki, klub rəhbərliyi futbolçunu satmaq fikrində deyil. Amma forma yığması və daha çox oyun təcrübəsi toplaması üçün onu icarəyə vermək niyyətindədir.

Qedy edək ki, Kataloniya klubu Dembeleni dortmundlulardan 105 milyon avroya alıb. Bonuslarla birgə onun qiyməti 145 milyon avroya da qalxa bilər.

Bu mövsüm 20 yaşlı fransalı hücumçu La Liqada 14 oyunda meydana çıxıb və 1 qol vurub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
07.09.26  12:30

Evdə 100-cü qol

topaz banner