"Liverpul"da qarşıdurma - istefa verdi

"Liverpul"da qarşıdurma - istefa verdi
XƏBƏR 30 Aprel 2018 / 16:04 6596
-  A +

"Liverpul"un məşqçisi Jelko Buvaç Çempionlar Liqasının yarımfinalının “Roma” ilə cavab görüşü ərəfəsində komandanı tərk edib.

Qol.az-ın xəbərinə görə, buna səbəb bosniyalı məşqçi ilə baş məşqçi Yurgen Klopp arasında yaranmış münaqişə olub. Onların münasibətlərinin ciddi şəkildə korlandığı bildirilir. Buvaç komandanın bugünkü taktiki çalışmalarında iştirak etməyib.

Qeyd edək ki, Buvaç və Klopp 17 il ərzində müxtəlif komandalarda birlikdə işləyiblər.

Son xəbərlər
topaz banner