Almaniya millisinin üzvü mundialı buraxacaq

Almaniya millisinin üzvü mundialı buraxacaq
XƏBƏR 30 Aprel 2018 / 15:05 2640
-  A +

Almaniya millisinin və “Borussiya”nın üzvü Lars Ştindl yayda Rusiyada keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcək.

Qol.az-ın Münhenqladbax klubunun saytına istinadən yaydığı xəbərə görə, Bundesliqanın 32-ci turunda “Şalke” ilə oyunda zədə alan hücumçunun durumu ciddidir.

Topuğundan zədə alan futbolçunun bir neçə ay meydana çıxa bilməyəcəyi açıqlanıb.

Qeyd edək ki, 29 yaşlı futbolçu ötən ildən Almaniya millisinə dəvət alır. O, yığmada 11 oyuna 4 qol vurub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
07.09.26  12:30

Evdə 100-cü qol

topaz banner