"Roma" - "Liverpul": hakimlər müəyyənləşdi

"Roma" - "Liverpul": hakimlər müəyyənləşdi
XƏBƏR 30 Aprel 2018 / 14:17 2549
-  A +

Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Roma" - "Liverpul" oyununa təyinatlar açıqlanıb.

Qol.az-ın UEFA-nın saytına istinadən məlumatına görə, görüşü sloveniyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Damir Skomina olacaq. Ona həmyerliləri Yure Praprotnik və Robert Vukan, Matey Yuq, Slavko Vinçiç və Tomaş Klançnik (dördüncü hakim) köməklik edəcəklər.

Qeyd edək ki, "Roma" - "Liverpul" oyunu mayın 2-də keçiriləcək. İngiltərədəki ilk qarşılaşmada Yurgen Kloppun komandası 5:2 hesablı qələbə qazanmışdı.

Daha çox


Qarabağ FK
Son xəbərlər
07.09.26  12:30

Evdə 100-cü qol

topaz banner