"Keşlə" "Neftçi"ni dayandırdı

"Keşlə" "Neftçi"ni dayandırdı
XƏBƏR 30 Aprel 2018 / 13:00 2086
-  A +

“Neftçi”nin Topaz Premyer Liqasındakı məğlubiyyətsiz oyunlar seriyası qırılıb.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, Bakı təmsilçisi XXV turun “Keşlə” ilə səfər matçında 1:2 hesabı ilə uduzub.

“Ağ-qaralar” bunadək ardıcıl 8 görüşdə meydanı xalsız tərk etmirdi. Tərlan Əhmədovun komandası sonuncu dəfə XVI turun fevralın 17-də keçirilən “Sumqayıt”la matçından xalsız ayrılmışdı – 0:2. 70 gündən sonra məğlubiyyət acısı yaşayan “Neftçi” bu müddətdə 5 qələbə qazanıb, 3 heç-heçə edib.

Son xəbərlər
topaz banner