Salahı sərt cəza gözləyir

Salahı sərt cəza gözləyir
XƏBƏR 30 Aprel 2018 / 12:40 7608
-  A +

“Liverpul”un futbolçusu Məhəmməd Salah İngiltərə Futbol Assosiasiyası tərəfindən mövsümün sonunadək cəzalandırıla bilər.

Qol.az-ın “The Sun”a istinadən yaydığı xəbərə görə, misirli hücumçu Premyer Liqanın 36-cı turunda “Stok Siti” ilə oyunda rəqib futbolçusu Bruno Martinslə mübarizə zamanı əli ilə onun başına vurub.

Onun bu hərəkəti görüşün baş hakimi Andre Marrinerin gözündən yayınsa da, İngiltərə Futbol Assosiasiyasının bu epizodu araşdıracağı və lazımi qərar verəcəyi bildirilir.

Salaha 3 oyunluq cəza veriləcəyi gözlənilir. Bu isə o deməkdir ki, komandanın lideri “Brayton”, “Çelsi” və yeni mövsümün ilk oyununu buraxa bilər.

Daha çox


Qarabağ FK
Son xəbərlər
07.09.26  12:30

Evdə 100-cü qol

topaz banner