28-ci çempionluq

28-ci çempionluq
XƏBƏR 30 Aprel 2018 / 10:20 2699
-  A +

Serbiya Super Liqasında 2017-18 mövsümünün çempionu müəyyənləşib.

Qol.az-ın məlumatına görə, “Srvena Zvezda” 34-cü turda qızıl medalları rəsmiləşdirib.

Belqrad təmsilçisi “Napredak” üzərində 2:0 hesablı səfər qələbəsi ilə rəqibləri üçün əlçatmaz olub.
“Srvena Zvezda” sona 3 tur qalmış ən yaxın izləyicisi “Partizan”ı 11 xal qabaqlayır.

Qeyd edək ki, bu, komandanın 28-ci çempionluğudur.

Son xəbərlər
topaz banner