Bu gün Bakıda, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku turnirinə yekun vurulub.
Qol.az-ın məlumatına görə, Dünya Kuboku yarışlarının mükafatçıları sırasında 8 ölkə yer alıb. Turnirdə ən çox medal qazanan ölkə Rusiya olub. Şimal qonşularımız qrup yarışlarında təmsil olunmamasına baxmayaraq, 4-ü qızıl, 1-i gümüş, 1-i bürünc olmaqla turniri 6 medalla başa vurublar. Bolqarıstan ikisi qızıl, üçü gümüş olmaqla 5, Ukrayna biri qızıl, biri gümüş və ikisi bürünc olmaqla 4, İtaliya 1-i qızıl, 1-i gümüş olmaqla 2, Yaponiya biri gümüş, ikisi bürünc olmaqla 3, Belarus biri gümüş, biri bürünc olmaqla 2, Azərbaycan və ABŞ isə hərəyə bir bürünc medal qazanıb.
Xatırladaq ki, bədii gimnastika üzrə Dünya Kuboku yarışlarında 26 ölkədən 127 gimnast mübarizəyə qoşulmuşdu. Onlardan 44-ü fərdi proqramda, 83-ü isə qrup komandalarının tərkibində çıxış edib.
Turnirdə Azərbaycan 7 gimnastla mübarizə aparıb. Ayşən Bayramova, Diana Doman, Zeynəb Hümmətova, Aliyə Paşayeva və Siyana Vasilevadan ibarət yığmamız qrup komandaları arasında, Zöhrə Ağamirova və Veronika Hudis isə fərdi yarışlarda öz məharətini göstərib.
Azərbaycan komandası bürünc medalı 5 halqa ilə mübarizədə qazanıb. Final mərhələsində yarışan millimiz 17,600 xal toplayaraq səkkiz ölkə arasında üçüncü olub.
Qeyd edək ki, paytaxtımız bu mötəbər yarışa altıncı dəfə ev sahibliyi edib (Azərtac).
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi
“Beşiktaş”ın avrokubok matçı başqa ölkədə keçirilə bilər
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
“VAR qaydanı bilmirdisə, vəzifəsindən getməlidir”
Azərbaycan millisi Moldovaya məğlub oldu
1-ci liqada hakim təyinatları açıqlandı
Salah “Trabzonspor”da rekorda imza atdı
Mbappe: “Bəlkə də “Qızıl top” üçün mənim uğurlu ilimdir”
“Barselona”nın sabiq futbolçusu karyerasını başa vurdu
Mourinyo: “Pley-offa adlayacağıq”
"Millidə də qol vurmaqda özümə güvənirəm" - Vüsal İsgəndərli
Hakim Ziyeşin yeni klubu məlum oldu
"Fiorentina" baş məşqçisini istefaya göndərdi
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
Ulduz futbolçu "Əl-İttifaq"ı "Əl-İttihad"a dəyişdi
Evdə 100-cü qol
Esposito ilə yeni müqavilə imzalandı
“Qarabağ”dan 2 yeni xəbər - Biri şad, o biri məyusedici
Qismət Alıyev “250”yə çatdı
Son 21 mövsümdə ilk dəfə
Mehman Hacıyev vəfat etdi
“Qarabağ”ın o boşluqlarından qollar vurduq” - Açıqlama+Video
Salahın qolu, "Trabzonspor"un qələbəsi - Video
Kerrik “Sabah”la oyundan danışdı
“Barselona"ya məğlubiyyətə görə etiraz aksiyası keçirdilər
"Yuventus" "Milan"la qarşılaşdı - A Seriyasında nəticələr
"Barselona"dan darmadağın
London derbisini "Arsenal" qazandı - Video
“Bu, bəlkə də, məsuliyyətsizlikdir” - Qurban Qurbanov
"Qarabağ"a qarşı oyunumuz növbəti matçlar üçün stimuldur"
"Qarabağ"ın qələbəsindən - Video
Azərbaycan millisi Gürcüstana məğlub oldu
Tovuzda vurulan 3 qol - Video
Emreli oynadı, komandası uduzdu
Acun Ilıcalının komandası bu göstəricidə hamını geridə qoydu