“Yuventus”dan çempionluq yolunda mühüm qələbə

“Yuventus”dan çempionluq yolunda mühüm qələbə
XƏBƏR 29 Aprel 2018 / 00:53 3357
-  A +

İtaliya “A” seriyasında 35-ci turun oyunları keçirilir.

Qol.az-ın məlumatına görə, turun mərkəzi görüşündə “İnter” lider “Yuventus”u qəbul edib. Ötən tur “Napoli”yə uduzan Turin klubu çempinluq şansını nisbətən çətinləşdirsə də, çətin səfərdən qələbə ilə qayıdıb.

Matçın gedişində azlıqda qalan rəqibi qarşısında hesabda geri düşən “Qoca Sinyora” sona yaxın 3 dəqiqə ərzində vurduğu 2 qolla qızıl medallar yolunda mühüm qələbə qazanıb.

“İnter” - “Yuventus” - 2:3
Qollar:
Kosta, 13 (0:1), İkardi, 52 (1:1), Barzaqli, 65-avtoqol (2:1), Skriniar, 87-avtoqol (2:2), İquain, 89 (2:3)

Qeyd edək ki, 35 oyundan sonra 88 xalı olan “Yuventus” lider, “İnter” isə 66 xalla beşinci pillədə qərarlaşıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
07.09.26  12:30

Evdə 100-cü qol

topaz banner