“Qarabağ-Vyana” qələbələri sıralayır

“Qarabağ-Vyana” qələbələri sıralayır
XƏBƏR 29 Aprel 2018 / 00:42 2733
-  A +

Avstriyanın Şərq Regional Liqasında 29-cu turun oyunları keçirilib.

Qol.az-ın xəbərinə görə, azərbaycanlı futbolçular Dmitri Nağıyev, Elvin Bədəlov və Emil Fərzəliyevin formasını geyindiyi Vyana “Qarabağ”ı öz meydanında “Şveçat”la qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan böyükhesablı qələbə ilə ayrılıb - 3:0.

Ardıcıl üçüncü qələbəsini qazanan Vyana təmsilçisi hazırda 44 xalla 16 komanda arasında 5-ci pillədə qərarlaşıb.

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır