Araz oynadı, komandası xal itirdi

Araz oynadı, komandası xal itirdi
XƏBƏR 28 Aprel 2018 / 23:06 2113
-  A +

Araz Abdullayevin şərəfini qoruduğu “Anortosis” klubu Kipr çempionatının 34-cü turunda doğma meydanda AEL-i qəbul edib.

Qol.az-ın məlumatına görə, matça ehtiyat oyunçular skamyasında başlayan millimizin üzvü 63-cü dəqiqədə meydana daxil olub. Lakin Araz heç nə ilə komandasına kömək edə bilməyib. Görüş qolsuz bərabərliklə başa çatıb.

Qeyd edək ki, “Anortosis” 66 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.


Qarabağ FK
Son xəbərlər
22.11.26  14:07

PSJ-də şok itki

topaz banner