"Fənərbaxça"dan səfər qələbəsi

"Fənərbaxça"dan səfər qələbəsi
XƏBƏR 28 Aprel 2018 / 22:38 2694
-  A +

Türkiyə superliqasında 31-ci turun oyunları davam edir.

Qol.az-ın məlumatına görə, çempionluğa iddialı “Fənərbaxça” bu gün növbəti matçına çıxıb. Səfərdə “Kasımpaşa”nın qonağı olan İstanbul klubu 4:1 hesablı qələbə qazanıb. Qonaqların qollarını Souza (31), Özbayraklı (64), Valbuena (74) və Yannsen (90+4) vurublar. "Kasımpaşa"nın yeganə qolunu isə 52-ci dəqiqədə "Fənərbaxça"nın müdafiəçisi Martin Şkrtel öz qapısından keçirib. Bununla xallarının sayını 63-ə yüksəldən Aykut Kocamanın komandası müvəqqəti də olsa, 2-ci pilləyə yüksəlib.

Turun digər oyunları sabah və birigün keçiriləcək.

Qeyd edək ki, hazırda turnir cədvəlinə 63 xalla “Qalatasaray” başçılıq edir. Əsas rəqiblərindən 1 oyun artıq keçirən “Fənərbaxça” 2-cidir. 62 xallı “Beşiktaş” və “Başakşəhər” isə 3-4-cü yerləri bölüşdürürlər.

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır