"Sevilya"da yeni baş məşqçi

"Sevilya"da yeni baş məşqçi
XƏBƏR 28 Aprel 2018 / 22:15 3467
-  A +

Vinçentso Montella ilə yollarını ayıran “Sevilya”nın yeni baş məşqçisi müəyyənləşib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı məlumata görə, komandanın sükanı arxasına Xoakin Kaparros gətirilib. 62 yaşlı mütəxəssis mövsümün sonuna kimi “Sevilya”nı çalışdıracaq. Onun qarşısına Avroliqaya vəsiqə qazanmaq vəzifəsi qoyulub.

Qeyd edək ki, “Sevilya” 34 turdan sonra 48 xalla 7-ci pillədə qərarlaşıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
07.09.26  12:30

Evdə 100-cü qol

topaz banner