Bundesliqanı tərk edən ilk klub müəyyənləşdi

Bundesliqanı tərk edən ilk klub müəyyənləşdi
XƏBƏR 28 Aprel 2018 / 21:47 3857
-  A +

Almaniya bundesliqasını tərk edən ilk klubun adına aydınlıq gəlib.

Qol.az-ın məlumatına görə, 32-ci tur çərçivəsində səfərdə “Frayburq”a 2:3 hesabı ilə uduzan “Köln” çempionatın başa çatmasına 2 tur qalmış elita ilə vidalaşıb. 22 xalla sonuncu pillədə qərarlaşan komanda qalan hər 2 görüşünü qələbə ilə başa vursa belə,  30 xalla 15 və 16-cı yerləri bölüşən “Volfsburq”la “Maynts”a çata bilməyəcək.

Qeyd edək ki, “Köln” tarixi ərzində 6-cı dəfə bundesliqanı tərk edib. Maraqlıdır ki, bunların hər biri son 20 ildə baş verib.

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır