“Səbail”lə oyunumuz gərgin keçdi. Üç futbolçumuz matçın gedişində zədələndi və əvəzlənmək məcburiyyətində qaldı. İkinci hissəyə köklənmək çətin oldu”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in qapıçısı Sergey Litovçenko klubun saytına açıqlamasında deyib.
Ukraynalı qolkiper Topaz Premyer Liqasının XXIV turunda səfərdə “Səbail”ə qarşı keçirdikləri görüş haqda danışıb. O, fasilədən sonra müdafiəyə daha çox diqqət ayırdıqlarını əlavə edib: “Qol buraxmamağa çalışırdıq və buna görə müdafiədə diqqətli oynamalı idik. Odur ki, oyunumuzu müdafiədən qurmuşduq. Amma bu o demək deyil ki, tamamailə arxaya çəkilmişdik. Qol vurmaq üçün imkanlarımız da oldu. Hələ birinci hissədə Dario Frederikonun vurduğu qoldan sonra Şadon Vinçesterin fərqlənmək üçün əla şansı vardı. Belə götürsək, döyüşkən oyun alındı. Təəssüf ki, vacib oyunda qələbə qazana bilmədik. Çempionatda qalan matçlarda yalnız uğurlu nəticələr qazanmalıyıq ki, mövqeyimizi yaxşılaşdıra bilək”.
“Kəpəz” XXV turda səfərdə “Qəbələ” ilə qarşılaşacaq. Litovçenko komandasını çətin sınağın gözlədiyini düşünür: “Bu görüşə hazırlığımız yaxşı keçib. Asan oyun olmayacaq. “Qəbələ”yə müqavimət göstərməyə çalışacağıq. Düzdü, rəqib güclüdür amma onlar indi yaxşı durumda deyillər. Gücümüzü ortaya qoyub xalımızı qazanmalıyıq”.
Yeri gəlmişkən, “Qəbələ”nin heyətində Serqeyin həmyerliləri çıxış edir. Elə rəqibin baş məşqçisi Roman Qrikorçuk da ukraynalıdır: “Bu komandanın uğurları üçün çalışan həmyerlilərimdən xəbərim var. “Neftçi” ilə kubokun cavab oyununda tribunada bəziləri ilə bir yerdə oturub matça baxdım. Münasibətlərimiz normaldır. Ukraynadan kənarda yerlilərimə qarşı çıxış etmək maraqlıdır. Deyərdim ki, ikiqat motivasiya ilə oynamaq üçün tutarlı səbəb var”.
“Çərçivə qoruyucusu” “Kəpəz”in azarkeşlərindən də bəsh edib: “Bu qədər azarkeşin qarşısında oynamaq zövq verir. Tamaşaçı bolluğunu hər bir futbolçu arzulayır. “Kəpəz”də belədir və bu bizim komandanın üstünlüyüdür. Klub üçün azarkeş dəstəyi əsas amildir. Düşünürəm ki, növbəti mövsümdə “Kəpəz” azarkeşlərini daha çox sevindirəcək”.
Litovçenko “sarı-göylər”in çempionatda sonuncu pillədə olmasına baxmayaraq nümayiş etdirdiyi oyunla seçildiyini bildirib: “Hər oyuna uğurlu nəticə qazanmaq istəyi ilə çıxırıq. Amma heç də həmişə alınmır. Qış fasiləsində yeni komanda qurulub, heyət yenilənib. “Kəpəz” uğuru rəqib qapısında axtaran komandadır. Hücum futbolu oynayırıq. Sonuncu yerdə olan klubun belə oynaması xoşdur”.
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi
“Beşiktaş”ın avrokubok matçı başqa ölkədə keçirilə bilər
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
“VAR qaydanı bilmirdisə, vəzifəsindən getməlidir”
Azərbaycan millisi Moldovaya məğlub oldu
1-ci liqada hakim təyinatları açıqlandı
Salah “Trabzonspor”da rekorda imza atdı
Mbappe: “Bəlkə də “Qızıl top” üçün mənim uğurlu ilimdir”
“Barselona”nın sabiq futbolçusu karyerasını başa vurdu
Mourinyo: “Pley-offa adlayacağıq”
"Millidə də qol vurmaqda özümə güvənirəm" - Vüsal İsgəndərli
Hakim Ziyeşin yeni klubu məlum oldu
"Fiorentina" baş məşqçisini istefaya göndərdi
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
Ulduz futbolçu "Əl-İttifaq"ı "Əl-İttihad"a dəyişdi
Evdə 100-cü qol
Esposito ilə yeni müqavilə imzalandı
“Qarabağ”dan 2 yeni xəbər - Biri şad, o biri məyusedici
Qismət Alıyev “250”yə çatdı
Son 21 mövsümdə ilk dəfə
Mehman Hacıyev vəfat etdi
“Qarabağ”ın o boşluqlarından qollar vurduq” - Açıqlama+Video
Salahın qolu, "Trabzonspor"un qələbəsi - Video
Kerrik “Sabah”la oyundan danışdı
“Barselona"ya məğlubiyyətə görə etiraz aksiyası keçirdilər
"Yuventus" "Milan"la qarşılaşdı - A Seriyasında nəticələr
"Barselona"dan darmadağın
London derbisini "Arsenal" qazandı - Video
“Bu, bəlkə də, məsuliyyətsizlikdir” - Qurban Qurbanov
"Qarabağ"a qarşı oyunumuz növbəti matçlar üçün stimuldur"
"Qarabağ"ın qələbəsindən - Video
Azərbaycan millisi Gürcüstana məğlub oldu
Tovuzda vurulan 3 qol - Video
Emreli oynadı, komandası uduzdu
Acun Ilıcalının komandası bu göstəricidə hamını geridə qoydu