"Artıq 1 ildir titul qazanmıram" - Mourinyo

"Artıq 1 ildir titul qazanmıram" -  Mourinyo
XƏBƏR 28 Aprel 2018 / 12:50 2781
-  A +

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo İngiltərə Liqa kubokunun finalında “Çelsi” ilə keçiriləcək oyundan danışıb.

Qol.az-ın ESPN-ə istinadən yaydığı xəbərə görə, portuqaliyalı mütəxəssis düşünür ki, onun qazandığı uğurlar komanda üzərində təzyiq yarada bilər:

“Bu, mənim günahımdır. Çünki karyeram qələbələr üzərində qurulub. İndi isə artıq bir ildir ki, titul qazana bilmirəm. Bu, mənim üçün daha çətindir, nəinki heç vaxt titul qazanmamaq. Karyeramda heç vaxt mövsümü titulsuz başa vurmamışam”.

Qeyd edək ki, kubokun finalı mayın 19-da “Uembli” stadionunda keçiriləcək.

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır