“Qarabağ”ın haitili yarımmüdafiəçisi Donald Gerye Topaz Premyer Liqanın 25-ci turunda “Zirə”yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
- Oyunu necə şərh edərdiniz?
- Baş məşqçi bizə demişdi ki, hər oyuna qələbə üçün çıxmalıyıq. Biz də meydana çıxıb, öz işimizi gördük və 3 xal qazandıq.
- Matçın əvvəlində hakimə yersiz etirazdan sonra sarı vərəqə aldınız. Niyə belə etdiniz?
- Rəqib ayağıma zərbə vurmuşdu. Bunu hakimə göstərməyə çalışdım. Amma o hərəkətimi düz başa düşmədi və məni sarı vərəqə ilə cəzalandırdı.
- Vurduğunuz qol haqqında nə deyə bilərsiniz?
- Bu oyunda sol cinah müdafiəçisi kimi oynadım. Mənim mövqeyimdə çıxış edən futbolçular az qol vurmurlar. Misal üçün, “Real”ın müdafiəçisi Marselonu götürək. Sevinirəm ki, öz işimi doğru gördüm. Ümumilikdə, komandamız çox əziyyət çəkdi. Miçelin son dəqiqələrdə vurduğu qol isə zəhmətkeşlyimizin nəticəsi oldu.
- Ansi Aqollinin meydana çıxamasından sonra öz mövqeyinizə qayıtdınız. Ümumiyyətlə, sizin üçün müdafiədə oynamaq rahatdır, yoxsa yarımmüdafiədə?
- Mənim üçün cinah yarımmüdafiəçisi kimi oynamaq həm rahat, həm də xoşdur. Çünki ömrüm boyu bu mövqedə çıxış etmişəm. Aqollinin zədələnməsindən sonra məni müdafiəyə qoydular. Bu, baş məşqçinin qərarı idi, hörmətlə yanaşıram. Əgər məni müdafiədə oynatmaq istəyirsə, orda da oynayacam.
Hakim qərarı Kabo-Verde azarkeşlərini özündən çıxardı
Erve Renar istefa verdi
"Qarabağ"dan 1-ci liqa klubuna keçdi
"Turan Tovuz" yeni qapıçı transfer etdi
Mərakeşin futbolçusu sıradan çıxdı
Argentina Almaniyanın DÇ rekordunu təkrarladı
"Beşiktaş" futbolçusu ilə yollarını ayırdı
"Son oyunlardakı performansımız kifayət etməyəcək"
Kanada - Mərakeş: Heyətlər
"Barselona"dan Əl-Hilal"a keçə bilər
Premyer Liqa klublarının hədəfinə düşdü
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
Fransa millisində itki - Paraqvayla matçı buraxacaq
Karyerasını bitirməyi düşünürdü, amma...
Kapitan "Liverpul"da qalır
"Sabahın Ulduzları" ilə bağlı tədbir keçirilib
"Almaniya millisində işləməyə hazıram” - Klopp
"İmişli"də daha bir ayrılıq
Məhəmməd Salahın qələbə şousu - Video
"Hər kəsə çay içməyi məsləhət görürəm"
"Kəpəz" "Qəbələ" ilə qarşılaşacaq
40 yaşlı Modriç "Milan"da qalır
Skaloni Argentina millisi ilə 100-ə çatdı