Nuri Şahin Harvardda təhsil alacaq

Nuri Şahin Harvardda təhsil alacaq
XƏBƏR 27 Aprel 2018 / 14:35 3167
-  A +

"Borussiya"nın futbolçusu Nuri Şahin ABŞ-ın dünyaca məşhur Harvard universitetinə qəbul olunub.

Qol.az-ın məlumatına görə, türkiyəli yarımmüdafiəçi bu barədə şəxsi instaqram hesabında paylaşım edib:

"Öyrənmək və özünü inkişaf etdirməyin yaşı, yeri, vaxtı yoxdur. Harvarddan qəbul məktubum gəldi. Orada alacağam təhsil üçün çox həyəcanlıyam, əfsanəvi professor Anita Elberse ilə tanış olacağım üçün də".

Qeyd edək ki, ötən il Türkiyə millisindəki karyereasını başa vuran 28 yaşlı futbolçu 2012-ci ildən Dortmund klubunda çıxış edir.



Son xəbərlər
topaz banner