"Liverpul"la oyunu buraxa bilərlər - "Roma"da 2 itki

"Liverpul"la oyunu buraxa bilərlər - "Roma"da 2 itki
XƏBƏR 27 Aprel 2018 / 14:01 3841
-  A +

İtaliya A Seriyasının 35-ci turunda “Kyevo” ilə qarşılaşacaq “Roma” ciddi itkilərlə üzləşib.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisinin 2 üzvü – Kevin Strotman və Dieqo Perotti zədələnib. Hər iki yarımmüdafiəçinin qarşıdakı oyunu buraxacağı bildirilib. Onların Çempionlar Liqasının yarımfinal mərhələsinin “Liverpul”la cavab oyununda meydana çıxıb-çıxmayacağı isə sual altındadır.

Qeyd edək ki, İngiltərədəki ilk oyunda “Liverpul” 5:2 hesablı qələbə qazanmışdı. Cavab görüşü mayın 2-də Romada keçiriləcək.

Son xəbərlər
topaz banner