Millimizin üzvü Gürcüstanda növbəti qolunu vurdu

Millimizin üzvü Gürcüstanda növbəti qolunu vurdu
XƏBƏR 27 Aprel 2018 / 11:23 2990
-  A +

U-21 millimizin futbolçusu Fərid Nəbiyev Gürcüstanın “Şevardani” komandasında növbəti oyununa çıxıb.

Qol.az-ın məlumatına görə, Gürcüstan 2-ci liqasının 8-ci turunda səfərdə “Şukura” ilə qarşılaşan həmyerlimizin komandası 3:2 hesablı qələbə qazanıb.

Start heyətdə meydana çıxan və 68-ci dəqiqədə əvəzlənən Nəbiyev komandasının ilk qolunu vurub. Həmçinin, Fərid  qol ötürməsi ilə də komandasına fayda verib.

Qeyd edək ki, bu, Fərid Nəbiyevin Gürcüstanda 2-ci qoludur.

8 turdan sonra hesabında 11 xal olan “Şevardeni” 10 komanda arasında 7-ci pillədə qərarlaşıb.

Son xəbərlər
topaz banner