Simeoneyə ağır cəza verilə bilər - söyüşə görə

Simeoneyə ağır cəza verilə bilər -  söyüşə görə
XƏBƏR 27 Aprel 2018 / 10:50 3075
-  A +

Avropa Liqasının yarımfinal mərhələsinin "Arsenal"la səfər oyununda (1:1) texniki zonadan qovulan "Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin cəzası arta bilər.

Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, matçın 13-cü dəqiqəsində baş hakimin qərarına sərt şəkildə etiraz edən argentinalı mütəxəssis onu təhqir etməkdən də çəkinməyib.

Simeonenin Madriddəki cavab matçını buraxacağı dəqiqdir. Lakin əgər hollandiyalı referi Kleman Türpen Simeonenin onu təhqir etdiyini protokola əlavə etsə, məşqçi UEFA tərəfindən 3 oyunluq cəzalanacaq. 

Daha çox


Qarabağ FK
Son xəbərlər
07.09.26  12:30

Evdə 100-cü qol

topaz banner