"Liverpul"da ciddi itki

"Liverpul"da ciddi itki
XƏBƏR 25 Aprel 2018 / 18:27 2966
-  A +

Çempionlar Liqasının yarımfinalının "Roma" ilə ilk oyununda zədələnən "Liverpul"un futbolçusu Oksleyd Çemberleynin durumu ciddidir.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, dizindən zədə alan ingiltərəli yarımmüdafiəçi mövsümü erkən başa vurub.

Komandanın baş məşqçisi Yurgen Klopp da futbolçunun zədəsinin ciddi olduğunu açıqlayıb.

Qeyd edək ki, görüşün 18-ci dəqiqəsində zədələnən Çemberleyn Veynaldumla əvəzlənib.

Qarabağ FK
Son xəbərlər
22.11.26  14:07

PSJ-də şok itki

topaz banner