“Ronaldo atletdir. Siz bunu o qol vurandan sonra formasını soyunanda görə bilərsiniz”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Bavariya”nın futbolçusu Jerom Boatenq “Marca”ya açıqlamasında deyib.
Almaniyalı müdafiəçi Çempionlar Liqasının yarımfinal mərhələsində qarşılaşacaqları “Real”ın lider futbolçusu Kriştiano Ronaldo haqda danışıb. O, portuqaliyalı hücumçunu saxlamağın çətin olduğunu bildirib:
“Ronaldonun zəif yeri yoxdur. Başı ilə, sağ və sol ayağı ilə qollar vurur. Ancaq “Real” təkcə Ronaldodan ibarət deyil, onlar komanda şəklində də güclüdür. Bununla belə, öz qələbəmizə inanırıq. Kifayət qədər güclü komandayıq ki, “Real”a qalib gələk”.
Almaniya millisinin üzvü ötən mövsüm yarımfinalda "Real"a uduzaraq mübarizəni dayandırdıqlarını da xatırladıb: "Hamımız bilirik ki, bəxtimiz gətirməmişdi. O zaman nəticə ədalətsiz olmuşdu. Ancaq indi əla şansımız var".
Qeyd edək ki, sabah Münhendə keçiriləcək “Bavariya” – “Real” oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
La Liqaya haker hücumu
2-ci liqada son 2 oyun
“Çelsi” Alonsoya şans verəcək
“Mançester Yunayted”ə qayıda bilər
Musiala məşqdə yenə huşunu itirdi
Renat Dadaşovun komandasından qələbə
Premyer Liqada yeni tamaşaçı rekordu
“Avrokuboklara vəsiqə qazansaq...” - Azər Məmmədov
“Kəpəz” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
“İmişli”nin baş məşqçisi təyin edildi
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
Mahir oynadı, komandası qalib gəldi
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
Gəncədəki qarşılaşmaya Mehman Allahverdiyev start verdi
Maksimov “Neftçi”yə məğlubiyyətdən danışdı
2-ci liqada həftənin hakimləri məlum oldu
"Kəpəz" - "Qarabağ": Heyətlər açıqlandı
Poçettinodan köməkçilərinə ingilis dili tələbi
PSJ-də şok itki
"Araz-Naxçıvan" - "Neftçi": Heyətlər açıqlandı
9-cu dəfə Braziliya çempionu oldular
Paredes müsahibə zamanı huşunu itirdi
Daha iki boksçumuz Avropa çempionatının yarımfinalında
“Real” 4 mövsüm sonra ilk dəfə ardıcıl 9 qələbə qazanıb