“Sumqayıt”ın rəhbərinə yüksək vəzifə - nazir oldu

“Sumqayıt”ın rəhbərinə yüksək vəzifə - nazir oldu
XƏBƏR 24 Aprel 2018 / 10:24 4401
-  A +

“Sumqayıt” Futbol Klubunun Müşahidə Şurasının sədri Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri təyin edilib.

Qol.az-ın xəbərinə görə, o, Nazirlər Kabinetinin yeni tərkibi haqqında dünənki prezident sərəncamı ilə bu vəzifəyə təyin olunub.

Qeyd edək ki, buna qədər Muxtar Babayev “Sumqayıt”ın sponsorlarından olan "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri idi. O, həmçinin Sumqayıtdan Milli Məclisin deputatıdır.


Dünya Çempionatı 2026
Son xəbərlər
04.07.26  22:23

Erve Renar istefa verdi

topaz banner