Topaz Premyer Liqasında 24-cü turunda “Sumqayıt”ı səfərdə məğlub edərək(1:0), çempionluğunu rəsmiləşdirən “Qarabağ” klubunun futbolçusu Dani Kintana matçdan sonra jurnalistlərə açıqlama verib.
Qol.az-ın məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi ilk olaraq, çempionluq sevincini və oyun haqda fikirlərini səsləndirib: “Bugünkü matçda qalib gəlməsək belə, çempion olmaq şansımız var idi. Amma istənilən halda, oyunu layiqli qələbəylə bitirmək istəyirdik. Bu meydan istənilən rəqib üçün çətin səfər sayılır. Buna baxmayaraq, qələbə qazanmağı bacardıq. 5-ci dəfə ardıcıl çempion olduq. Məncə, çempionluğa layiq idik”.
O, Ağdam klubu ilə Avropada yüksək nəticələr qazanmaq istədiyini söyləyib: “Hər bir futbolçu üçün çempionluq həvəs, istəkdir. Öncədən oynadığım klubların da məndə ayrı-ayrılıqda yeri var. “Qarabağ”ın isə məqsədləri başqadır. Hər zaman Avropada yüksək nəticələri özünə hədəf qoyur. Bu dəfə də məqsədimiz Avrokuboklarda oynayıb, “Qarabağ”ı ən yüksək səviyyədə təmsil etməkdir”.
D. Kintana komandadakı gələcək taleyi haqda da danışıb: “Qarabağ”da növbəti mövsüm qalacağım hələ tam bəlli olmasa da, danışıqlarımız davam edir. Qısa müddətdə hər şey aydın olacaq”.
La Liqaya haker hücumu
2-ci liqada son 2 oyun
“Çelsi” Alonsoya şans verəcək
“Mançester Yunayted”ə qayıda bilər
Musiala məşqdə yenə huşunu itirdi
Renat Dadaşovun komandasından qələbə
Premyer Liqada yeni tamaşaçı rekordu
“Avrokuboklara vəsiqə qazansaq...” - Azər Məmmədov
“Kəpəz” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
“İmişli”nin baş məşqçisi təyin edildi
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
Mahir oynadı, komandası qalib gəldi
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
Gəncədəki qarşılaşmaya Mehman Allahverdiyev start verdi
Maksimov “Neftçi”yə məğlubiyyətdən danışdı
2-ci liqada həftənin hakimləri məlum oldu
"Kəpəz" - "Qarabağ": Heyətlər açıqlandı
Poçettinodan köməkçilərinə ingilis dili tələbi
PSJ-də şok itki
"Araz-Naxçıvan" - "Neftçi": Heyətlər açıqlandı
9-cu dəfə Braziliya çempionu oldular
Paredes müsahibə zamanı huşunu itirdi
Daha iki boksçumuz Avropa çempionatının yarımfinalında