Əliyar “Mançester Siti” – “Barsa” oyununda 5 "sarı", 1 "qırmızı" göstərdi

Əliyar “Mançester Siti” – “Barsa” oyununda 5 "sarı", 1 "qırmızı" göstərdi
XƏBƏR 20 Aprel 2018 / 21:30 6248
-  A +

Bu gün UEFA Gənclər Liqasının yarımfinal mərhələsində “Mançester Siti” “Barselona” ilə qarşılaşıb.

Qol.az-ın xəbərinə görə, azərbaycanlı hakim Əliyar Ağayevin idarə etdiyi oyun Kataloniya klubunun 5:4 hesablı qələbəsi ilə başa çatıb.

Əliyar Ağayev bu oyunda “Bareselona”dan iki, “Mançester Siti”dən isə 3 futbolçuya sarı vərəqə göstərib. Matçın 36-cı dəqiqəsində Ağayev şəhərlilərin futbolçusu Lorenzo Qonzalezə ikinci sarı vərəqəni göstərərək onu meydandan qovub.

Qeyd edək ki, "Barselona" finalda "Çelsi" ilə qarşılaşacaq.

Daha çox


Son xəbərlər