2003-cü il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması Türkiyənin Antalya şəhərində keçiriləcək UEFA İnkişaf turnirində iştirak edəcək.
Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, turnirdə komandamızla yanaşı, Gürcüstan və Türkiyənin 2003-cü il təvəllüdlü futbolçulardan ibarət yığmaları mübarizə aparacaq. Yunanıstan yığması turnirdə iştirakdan imtina etdiyi üçün Türkiyənin 2004-cü il təvəllüdlü futbolçulardan ibarət yığması da yarışa qatılacaq.
Aşağı yaş qruplarından ibarət milli komandalar üzrə Avropa çempionatlarının elit raundu və final mərhələsi başa çatmadığı üçün UEFA-nın keçirdiyi yarışlarda 2003-cü il təvəllüdlülərdən ibarət yığma komandalar U-15 hesab olunur. Azərbaycanda isə yığma komandaların heyəti müəyyənləşdirilərkən növbəti seçmə mərhələ nəzərdə tutulduğu üçün bir yaş daha kiçik futbolçular cəlb olunur. Buna görə Antalyada keçiriləcək UEFA İnkişaf turnirində Azər Məmmədovun baş məşqçisi olduğu 2003-cü il təvəllüdlü futbolçulardan ibarət yığma komandamız iştirak edəcək və həmin yarışda Azərbaycan U-15 komandası adlanacaq.
Yığmamızın heyətini və oyunlarının vaxtını diqqətinizə çatdırırıq:
Kamran Şabiyev, Fərrux Fərzəliyev, Bəhruz Tanırverdiyev, Vüsal Vəliyev (hamısı "Vətən"), Mirismayıl Rəhimov, Elnur Əliyev (hər ikisi "Qarabağ"),Rəşad Həsənov, Əbil Əbilov, Vaqif Həsənov (hamısı "Keşlə"), Kamal Kazımov, Mehrac Baxşəliyev, Vüsal Mirzəyev, Ülvü Mədətov, Süleyman Damadayev (hamısı "Qəbələ"), Ayxan Cabbarov ("SAVEDALENS IF",İsveç), Vüsal Qənbərov ("Technofootball FK", İspaniya), Cəlal Hüseynov, Gülağa Əsədov (hər ikisi "Zirə"), Nihad Cəfərov ("Neftçi"), Ümid Səmədov, Həsən Seyfullayev (hər ikisi "Kəpəz")
23 aprel
16:00. Türkiyə-2 – Azərbaycan
25 aprel
16:00. Gürcüstan – Azərbaycan
27 aprel
17:00. Türkiyə - Azərbaycan
La Liqaya haker hücumu
2-ci liqada son 2 oyun
“Çelsi” Alonsoya şans verəcək
“Mançester Yunayted”ə qayıda bilər
Musiala məşqdə yenə huşunu itirdi
Renat Dadaşovun komandasından qələbə
Premyer Liqada yeni tamaşaçı rekordu
“Avrokuboklara vəsiqə qazansaq...” - Azər Məmmədov
“Kəpəz” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
“İmişli”nin baş məşqçisi təyin edildi
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
Mahir oynadı, komandası qalib gəldi
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
Gəncədəki qarşılaşmaya Mehman Allahverdiyev start verdi
Maksimov “Neftçi”yə məğlubiyyətdən danışdı
2-ci liqada həftənin hakimləri məlum oldu
"Kəpəz" - "Qarabağ": Heyətlər açıqlandı
Poçettinodan köməkçilərinə ingilis dili tələbi
PSJ-də şok itki
"Araz-Naxçıvan" - "Neftçi": Heyətlər açıqlandı
9-cu dəfə Braziliya çempionu oldular
Paredes müsahibə zamanı huşunu itirdi
Daha iki boksçumuz Avropa çempionatının yarımfinalında