"Qalatasaray" Farfanı alır

"Qalatasaray" Farfanı alır
XƏBƏR 19 Aprel 2018 / 13:49 4432
-  A +

"Qalataray" yayda hücum xəttini gücləndirəcək.

Qol.az-ın "Fanatik"ə istinadən yaydığı xəbərə görə, İstanbul klubunun mövsümün sonunda Moskva "Lokomotiv"inin futbolçusu Ceferson Farfanı heyətinə cəlb edəcək.

Perulu yarımmüdafiəçinin "Lokomotiv"lə müqaviləsi bu ilin iyun ayında başa çatacaq.

Qeyd edək ki, "Qalatasaray" 33 yaşlı futbolçuya 2014-cü ildə də təklif göndərsə də, o, "Şalke"ni seçmişdi.

Əlavə edək ki, Farfan bu mövsüm Moskva klubunun heyətində 29 oyuna 14 qol vurub.

Son xəbərlər
topaz banner