"İnanıram ki, avrokuboka vəsiqə qazanacağıq" - Araz Abdullayev

"İnanıram ki, avrokuboka vəsiqə qazanacağıq" - Araz Abdullayev
XƏBƏR 19 Aprel 2018 / 11:05 5112
-  A +

Kiprin "Anortosis” klubu dünən Araz Abdullayevin ad gününü qeyd edib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, aprelin 18-də 26 yaşı tamam olan millimizin üzvünün şərəfinə məşqdən öncə tort kəsilib.

A.Abdullayev komanda yoldaşlarına təşəkkür edib: "Bizim çox yaxşı futbolçulardan təşkil olunmuş əla komandamız var. Çempionatın başa çatmasına 4 oyun qalıb. İnanıram ki, avrokuboka vəsiqə qazanmaq üçün yaxşı nəticə əldə edəcəyik”.

Qeyd edək ki, A.Abdullayevin mövsümün sonu müqavilə ilə məxsus olduğu "Qəbələ"yə qayıdacağı iddia olunur.


Daha çox


Qarabağ FK
Son xəbərlər
07.09.26  12:30

Evdə 100-cü qol

topaz banner