Yığmamız penaltilərlə qalib gəldi

Yığmamız penaltilərlə qalib gəldi
XƏBƏR 18 Aprel 2018 / 21:21 2994
-  A +

16 yaşadək qızlardan ibarət Azərbaycan yığması Bosniya və Herseqovinada təşkil olunmuş UEFA İnkişaf turnirində bu gün ilk oyununu keçirib.

Qol.az-ın xəbərinə görə, Makedoniyaya qarşı keçirilmiş oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.

Yığmamızın qolunu Melis Ersoy vurub. Turnirin Əsasnaməsinə uyğun olaraq, qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha sərrast yerinə yetirən futbolçularımız 6:5 hesabı ilə qələbə qazanıb.

Yığmamız növbəti oyununu aprelin 20-də Xorvatiyaya qarşı keçirəcək.

Dünya Çempionatı 2026
Son xəbərlər
04.07.26  22:23

Erve Renar istefa verdi

topaz banner