Sabah Bakı İdman Sarayında əfsanəvi kəşfiyyatçı polkovnik-leytenant Raquf Orucovun və digər Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş ikinci beynəlxalq cüdo turniri keçiriləcək.
Qol.az-ın xəbərinə görə, “Azman Holdinq”in tərkibinə daxil olan “Judo Club 2012” idman klubunun təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə keçirilən turnirdə yaşı 21-dək (U-21) oğlan və qızlardan ibarət klub komandaları iştirak edəcəklər.
Bu gün yarışın təşkilatçıları və iştirakçıları Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanına gedərək Raquf Orucovun və digər şəhidlərin məzarını ziyarət ediblər. Ziyayətçilər arasında Azərbaycanın idman ictimaiyyətinin tanınmış nümayəndələri, şəhid zabitin siladaşları, Qarabağ müharibəsi veteranları, ziyalılar, qeyri-hökumət təşkilatlarının və Sumqayıt Şəhər İcra Hakimiyyətinin təmsilçiləri də olublar.
“Raquf Orucov Kuboku” ("Raguf Orujov Cup") turnirinin təşkilatçıları adından şəhidin məzarı üstünə əklil qoyulub, qərənfillər düzülüb.
Ziyarətçilərdən bir neçə nəfəri çıxış edərək, Raquf Orucovun və digər şəhidlərin göstərdikləri qəhrəmanlığın xalqımızın yaddaşında əbədi yaşayacağını, onların şücaətinin gənclərimiz üçün nümunə olduğunu bildiriblər.
Şəhid zabitin qardaşı Zabil Orucov ənənəvi “Raquf Orucov Kuboku” turnirinin təşkilatçılarına göstərdikləri diqqət və ehtirama görə təşəkkürünü bildirib.
Xatırladaq ki, ikinci “Raquf Orucov Kuboku” turnirində Bakı şəhərini və bölgələimizi təmsil edən 16 komanda ilə birlikdə Türkiyə, Rusiya, Qazaxıstan və Gürcüstanın klub komandaları iştirak edəcəklər.
Yarışlara səhər saat 10.00-da start veriləcək. Turnirin rəsmi açılış mərasimi saat 17.00-da olacaq, sonra final görüşləri və mükafatlandırma mərasimi keçiriləcək. Turnirin rəsmi informasiya dəstəkçisi CBS TV və “Asan-Radio”dur. Turnirin rəsmi açılışı və final görüşləri CBC-sport kanalında yayımlanacaq, yarışlar haqqında operativ məlumatlar “Asan-Radio”da səsləndiriləcəkd.
Şəhidlərimizin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq keçirilən turnirin məqsədi gənclərə vətənpərvərlik hissi və döyüş ruhu aşılamaq, onların Vətənin müdafiəsinə hazırlıq səviyyəsini artırmaq, həmçinin idmançılar arasında dostluq və yoldaşlıq hisslərini möhkəmləndirməkdir.
Yuxarı
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi
“Beşiktaş”ın avrokubok matçı başqa ölkədə keçirilə bilər
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
“VAR qaydanı bilmirdisə, vəzifəsindən getməlidir”
Azərbaycan millisi Moldovaya məğlub oldu
1-ci liqada hakim təyinatları açıqlandı
Salah “Trabzonspor”da rekorda imza atdı
Mbappe: “Bəlkə də “Qızıl top” üçün mənim uğurlu ilimdir”
“Barselona”nın sabiq futbolçusu karyerasını başa vurdu
Mourinyo: “Pley-offa adlayacağıq”
"Millidə də qol vurmaqda özümə güvənirəm" - Vüsal İsgəndərli
Hakim Ziyeşin yeni klubu məlum oldu
"Fiorentina" baş məşqçisini istefaya göndərdi
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
Ulduz futbolçu "Əl-İttifaq"ı "Əl-İttihad"a dəyişdi
Evdə 100-cü qol
Esposito ilə yeni müqavilə imzalandı
“Qarabağ”dan 2 yeni xəbər - Biri şad, o biri məyusedici
Qismət Alıyev “250”yə çatdı
Son 21 mövsümdə ilk dəfə
Mehman Hacıyev vəfat etdi
“Qarabağ”ın o boşluqlarından qollar vurduq” - Açıqlama+Video
Salahın qolu, "Trabzonspor"un qələbəsi - Video
Kerrik “Sabah”la oyundan danışdı
“Barselona"ya məğlubiyyətə görə etiraz aksiyası keçirdilər
"Yuventus" "Milan"la qarşılaşdı - A Seriyasında nəticələr
"Barselona"dan darmadağın
London derbisini "Arsenal" qazandı - Video
“Bu, bəlkə də, məsuliyyətsizlikdir” - Qurban Qurbanov
"Qarabağ"a qarşı oyunumuz növbəti matçlar üçün stimuldur"
"Qarabağ"ın qələbəsindən - Video
Azərbaycan millisi Gürcüstana məğlub oldu
Tovuzda vurulan 3 qol - Video
Emreli oynadı, komandası uduzdu
Acun Ilıcalının komandası bu göstəricidə hamını geridə qoydu