Maksimovla Bəxtiyar arasında qalmaqal – futbolçunu vurmaq istədi - Video

Maksimovla Bəxtiyar arasında qalmaqal – futbolçunu vurmaq istədi - Video
XƏBƏR 18 Aprel 2018 / 18:36 5524
-  A +

Azərbaycan kubokunun 1/2 final mərhələsinin cavab matçı – “Sumqayıt” – “Keşlə” oyunu zamanı qalmaqal baş verib.

Qol.az-ın xəbərinə görə, 70-ci dəqiqədə qonaq komandanın baş məşqçisi Yuri Maksimov meydan sahiblərinin müdafiəçisi Bəxtiyar Həsənalizadəni əvvəlcə itələyib, sonra isə ayağına zərbə endirməyə cəhd göstərib. Bu, Bəxtiyarın rəqib futbolçuya sürüşmə fəndi etdikdən sonra “Keşlə”nin texniki zonasına yaxınlaşdığı vaxt baş verib. Maksimovun hərəkətindən sonra meydanda qısa müddətə ara qarışıb, amma futbolçular hadisələrin daha da böyüməsinə imkan verməyib.

Qeyd edək ki, bu hərəkətinə görə baş hakim Əliyar Ağayev Yuri Maksimova qırmızı vərəqə göstərərək onu texniki zonadan uzaqlaşdırıb.





Daha çox


Son xəbərlər