"Çelsi" Batşuayinin qiymətini açıqladı

"Çelsi" Batşuayinin qiymətini açıqladı
XƏBƏR 18 Aprel 2018 / 11:27 3382
-  A +

"Çelsi" bir neçə Avropa nəhənginin maraq dairəsində olan Mişi Batşuayinin transfer qiymətini açıqlayıb.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, London təmsilçisi belçikalı forvarda görə 50 milyon funt-sterlinq tələb edir. 24 yaşlı futbolçunu heyətinə qatmaq istəyən komandalardan biri də onun hazırda icarə əsasında çıxış etdiyi Dortmund "Borussiya"sıdır. Ancaq almanlar "Çelsi"nin istədiyi məbləği verməkdə o qədər də maraqlı deyillər. Bu səbəbdən tərəflərin mövsümün sonunda yenidən danışıqlar masasına oturacağı gözlənilir.

Qeyd edək ki, qış fasiləsində "Borussiya"ya keçən Batşuayi Dortmund klubunun heyətində 9 qol vurub.

Daha çox


Son xəbərlər