DÇ-2018-ə ən çox bilet alan ölkələr hansılardır?

DÇ-2018-ə ən çox bilet alan ölkələr hansılardır?
XƏBƏR 18 Aprel 2018 / 00:00 4619
-  A +

FİFA DÇ-2018-in satışı ilə bağlı ilkin statistik məlumatları yayıb.

Qol.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, hazırda 1 698 049 bilet sahibinə qovuşub. Onlardan çoxu - meydan sahibi ölkənin vətədaşlarına qismət olub. Bu ana qədər ruslar mundial üçün 796 875 bilet alıblar.

İlk “10-luq”da həmçinin ABŞ (80 161), Braziliya (65 863), Kolumbiya (60 199), Almaniya (55 136), Meksika (51 736), Argentina (44 882), Peru (38 544), Çin (36 841), Avstraliya (34 628) və İngiltərə (30 711) vətəndaşları yer alıb.

Qeyd edək ki, sabah Bakı vaxtı ilə 13:00-dan etibarən dünya çempionatı üçün bilet satışının son mərhələsinə start veriləcək.

Son xəbərlər