"Qarabağ Vyana" 4 qol vurub, 3 pillə irəlilədi

"Qarabağ Vyana" 4 qol vurub, 3 pillə irəlilədi
XƏBƏR 17 Aprel 2018 / 21:50 3227
-  A +

Avstriyanın Şərq Regional Liqasında (3-cü liqa) növbəti turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, azərbaycanlıların klubu olan “Qarabağ Vyana” səfərdə “Sankt-Polten”lə qarşılaşıb.

Oyun Vyana təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

“Qarabağ Vyana”nın heyətində Ercan Kara het-trik edib. Digər qolu isə Edin Şalkiç vurub.

Bu qələbə ilə xalını 38-ə çatdıran “Qarabağ Vyana” 3 pillə irəliləyərək 5-ci yerə yüksəlib.

Son xəbərlər