"Kəpəz" məşqlərə başladı

"Kəpəz" məşqlərə başladı
XƏBƏR 17 Aprel 2018 / 20:20 1352
-  A +

Topaz Premyer Liqasının XXIV turu çərçivəsində səfərdə “Səbail”lə qarşılaşacaq “Kəpəz” oyunun məşqlərinə start verib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlıq keçir. “Sarı-göylər”in oyun öncəsi son məşqi görüşün keçiriləcəyi “Bayıl Arena”da olacaq.

Qeyd edək ki, “Səbail” – “Kəpəz” matçı aprelin 22-də keçiriləcək.

Daha çox


Son xəbərlər