Kapitan cavab oyununu da buraxacaq

Kapitan cavab oyununu da buraxacaq
XƏBƏR 17 Aprel 2018 / 13:58 2285
-  A +

"Sumqayıt"ın kapitanı Vurğun Hüseynov ölkə kubokunun yarımfinal mərhələsinin "Keşlə" ilə cavab oyununu da buraxacaq.

Bu barədə Qol.az-a təcrübəli müdafiəçi özü məlumat verib. O bildirib ki, zədəli olduğu üçün sabahkı qarşılaşmada iştirak edə bilməyəcək. Hüseynov eyni səbəbdən paytaxtdakı ilk matçı (0:1) da buraxmışdı.

Qeyd edək ki, "Sumqayıt" - "Keşlə" oyunu sabah saat 17:00-da başlayacaq.

Dünya Çempionatı 2026
Son xəbərlər
04.07.26  22:23

Erve Renar istefa verdi

topaz banner