Topaz Premyer Liqasının 2017/18 mövsümünün ikinci yarısında ilk böyükhesablı nəticə qeydə alınıb.
Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbər gör, buna səfərdə “Zirə”nin qapısından 3 cavabsız qol keçirən “Neftçi” imza atıb. Çempionatda komandalardan birinin 3 və ya daha çox top fərqilə qalib gəlməsinə bunadək sonuncu dəfə 14-cü turda təsadüf olunub. Həmin vaxt “Sumqayıt” “Kəpəz”i, “Qəbələ” “Keşlə”ni 3 cavabsız qolla məğlub edib. 8 turluq fasilədən sonra 2018-ci ilin ilk böyük hesabına səfərdə imza atan “Neftçi” mövsümdə 2-ci dəfə belə qələbə əldə edib. Sonuncu böyükhesablı nəticənin qeydə alındığı “Qəbələ” matçından 133 gün sonra Premyer Liqada belə fərq müşahidə olunub. Arxada qalan 23 turda “Neftçi”, “Zirə” və “Qəbələ” daha çox - hərəyə 2, “Sumqayıt”la “Qarabağ” hərəyə 1 böyükhesablı qələbə qazanıb. 8 belə nəticədən dördündə “Kəpəz” uduzubsa, “Keşlə”, “Səbail”, “Zirə” və “Sumqayıt”ın bir uğursuzluğu var.
Qeyd edək ki, “Neftçi” həm də Azərbaycan çempionatlarında ilk dəfə “Zirə”yə qalib gəlib. Bunadək Premyer Liqada keçirilənı 11 matçdan üçündə heç-heçə qeydə alınıb, səkkizində qəsəbə təmsilçisi qələbə qazanıb.
La Liqaya haker hücumu
2-ci liqada son 2 oyun
“Çelsi” Alonsoya şans verəcək
“Mançester Yunayted”ə qayıda bilər
Musiala məşqdə yenə huşunu itirdi
Renat Dadaşovun komandasından qələbə
Premyer Liqada yeni tamaşaçı rekordu
“Avrokuboklara vəsiqə qazansaq...” - Azər Məmmədov
“Kəpəz” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
“İmişli”nin baş məşqçisi təyin edildi
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
Mahir oynadı, komandası qalib gəldi
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
Gəncədəki qarşılaşmaya Mehman Allahverdiyev start verdi
Maksimov “Neftçi”yə məğlubiyyətdən danışdı
2-ci liqada həftənin hakimləri məlum oldu
"Kəpəz" - "Qarabağ": Heyətlər açıqlandı
Poçettinodan köməkçilərinə ingilis dili tələbi
PSJ-də şok itki
"Araz-Naxçıvan" - "Neftçi": Heyətlər açıqlandı
9-cu dəfə Braziliya çempionu oldular
Paredes müsahibə zamanı huşunu itirdi
Daha iki boksçumuz Avropa çempionatının yarımfinalında