Torres Vilyanın yanına gedir?

Torres Vilyanın yanına gedir?
XƏBƏR 15 Aprel 2018 / 15:00 3652
-  A +

Mövsümün sonunda “Atletiko”dan ayrılacağı dəqiqləşən Fernando Torres karyerasını ABŞ və ya Çində davam etdirə bilər.

Qol.az-ın “Marca”ya istinadən məlumatına görə, 34 yaşlı futbolçunun xidmətində bir neçə klub maraqlıdır. Təcrübəli forvardın yayda “Nyu-York Siti, “Çikaqo Fayr”, “Siettl Saunders”, “Montreal İmpekt” və “Kanzas-Siti” komandalarından birinə keçəcəyi istisna olunmur.

Qeyd edək ki, hazırda “Nyu-York Siti”də Torresin İspaniya millisindən sabiq komanda yoldaşı David Vilya çıxış edir. Məhz bu amilə görə onun sözügedən kluba transfer olunacağı ehtimalı daha yüksəkdir.

Daha çox


Qarabağ FK
Son xəbərlər
07.09.26  12:30

Evdə 100-cü qol

topaz banner