Futzal millimiz aprelin 4-dən 11-dək Bakıda keçiriləcək “Birinci Türk Universitetləri İdman Oyunları”nda iştirak edəcək.
Qol.az-ın Azərbaycan Futzal Federasiyasının rəsmi "feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, Türk Universiadasında mübarizə aparacaq komandamız qalib adı uğrunda Türkiyə, Qazaxıstan və Qırğızıstan yığmaları ilə mübarizə aparacaq.
Oyunlar aprelin 5, 6 və 8-də Azərbaycan Texniki Universitetin idman zalında keçiriləcək. Futzal üzrə milli komandamız bu gündən etibarən yarışın hazırlığına başlayıb. Joze Alesio da Silvanın rəhbərliyi ilə komanda məşqlərini Bakı İdman Sarayında həyata keçirəcək.
Oyunlar zamanı baş məşqçi 2-si qapıçı olmaqla ümumilikdə 12 futzalçının xidmətindən istifadə edə biləcək. Toplanışa isə 18 futzalçı dəvət edilib:
Rövşən Hüseynli, Ramiz Çovdarov, Oktay Rüstəmli (hamısı “Araz”), Nihad İsmayılov (“FK.İD.Futsal”), Fərid Atakişiyev (EKOL), Kamran Hacıyev, İbrahim Zeynalov, Tofik Əliyev, Rüstəm Bağırzadə (hamısı “Marafon Futsal”), Vladislav Vorobyov (“Yasamal”), Elçin Zeynalov, Əli Həsənov, Yamin Ağakərimzadə (hamısı “Xəmsə”), Eşqin Tağıyev, Raqif Eyvazov (hər ikisi “İtaldizain”), Mirmehdi Rzayev (ADBTİA), Vüsal İsayev və Qüdrət İsmayılov (hər ikisi “Baku Fire”).
Qeyd edək ki, yarışda turnirin startına qədər 28 yaşı tamam olmamış idmançılar iştirak edə bilər.
La Liqaya haker hücumu
“Çelsi” Alonsoya şans verəcək
“Mançester Yunayted”ə qayıda bilər
Musiala məşqdə yenə huşunu itirdi
Renat Dadaşovun komandasından qələbə
Premyer Liqada yeni tamaşaçı rekordu
“Avrokuboklara vəsiqə qazansaq...” - Azər Məmmədov
“Kəpəz” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
“İmişli”nin baş məşqçisi təyin edildi
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
Mahir oynadı, komandası qalib gəldi
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
Gəncədəki qarşılaşmaya Mehman Allahverdiyev start verdi
Maksimov “Neftçi”yə məğlubiyyətdən danışdı
2-ci liqada həftənin hakimləri məlum oldu
"Kəpəz" - "Qarabağ": Heyətlər açıqlandı
Poçettinodan köməkçilərinə ingilis dili tələbi
PSJ-də şok itki
"Araz-Naxçıvan" - "Neftçi": Heyətlər açıqlandı
9-cu dəfə Braziliya çempionu oldular