Valverdedən Messinin zədəsi ilə bağlı açıqlama

Valverdedən Messinin zədəsi ilə bağlı açıqlama
XƏBƏR 29 Mart 2018 / 10:35 3973
-  A +

"Barselona"nın baş məşqçisi Ernesto Valverde komandanın zədəli futbolçuları Lionel Messi və Mark-Andre ter Stegenin son durumu ilə bağlı məlumat verib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o bildirib ki, hər iki oyunçunun durumunun ciddi olub-olmadığı hələlik müəyyənləşməyib:

"Cümə axşamı onlar tibbi müayinədən keçəcəklər. Ondan sonra hər şey müəyyənləşəcək. Mən Messinin zədəsi ilə bağlı sakitəm. Tibbi müayinədən sonra vəziyyəti biləcəyik".


Son xəbərlər