Vidal "Mançester Yunayted"ə keçə bilər

Vidal "Mançester Yunayted"ə keçə bilər
XƏBƏR 29 Mart 2018 / 01:50 3342
-  A +

"Bavariya"nın futbolçusu Arturo Vidal karyerasını İngiltərədə davam etdirə bilər.

Qol.az-ın "Bild"ə istinadən yaydığı xəbərə görə, çilili yarımmüdafiəçi ilə "Mançester Yunayted" yaxından maraqlanır.

Premyer Liqa təmsilçisi mövsümün sonunda bu keçidi həll etmək istəyir. “Mankunyanlar”ın Vidalın transferi üçün 48 milyon avro xərcləməyə hazır olduğu bildirilir.

Qeyd edək ki, Vidal 2015-c ildən Münhen klubunda çıxış edir.

Son xəbərlər