"Barselona"da itki - 3 həftə oynamayacaq

"Barselona"da itki -  3 həftə oynamayacaq
XƏBƏR 29 Mart 2018 / 00:30 3601
-  A +

“Barselona” ciddi itki ilə üzləşib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komandanın müdafiəçisi Luka Din zədələnib.

Fransa millisinin üzvü yığmanın düşərgəsində olarkən əzələsindən zədə alıb. Tibbi müayinədən keçdikdən sonra onun 3 həftə meydana çıxa bilməyəcəyi məlum olub.

Bu isə o deməkdir ki, 24 yaşlı futbolçu Çempionlar Liqasının 1/4 final mərhələsində “Roma” ilə aprelin 4-də və 10-da keçiriləcək oyunları buraxacaq.

Son xəbərlər